
ER Hökumətinin iclasında ER baş naziri Nikol Paşinyan Syunikdəki vəziyyətə toxunub.
“Parlamentdə hökumət proqramındakı əsas mesajım bölgə və Ermənistan üçün dinc inkişaf dövrünün açılması gündəmi idi. Bundan sonra, Azərbaycanın Eyvazlı və Çayzam hissələrində Syunik bölgəsinin cənub hissələrinə gedən əsas yolu bağladı.
Bu hərəkət 2020-ci ilin dekabrında əldə edilən razılıqlara ziddir və ümid edirəm ki, vəziyyət bir an əvvəl həll olunacaq.
Siyasi cəhətdən birmənalıdır ki, bu hərəkət irəli sürdüyümüz sülh gündəminə zərbə vurmaq, bu gündəmi gözdən salmaq üçün edilmişdir. Azərbaycanın davranışı göstərir ki, bu cür hadisələr yenidən baş verə bilər.
“Əlbəttə ki, xidmətlərimiz ayıq və diqqətli olmalıdır, amma digər tərəfdən güclü sinirlərə ehtiyacımız var, strateji xəttimizi, sülh gündəmimizi inkişaf etdirməliyik, irəli sürməliyik”- deyə ER baş naziri qeyd edib.
Paşinyan həm də əlavə edib ki, Syunikdəki yollarla bağlı vəziyyət gözlənilməz deyildi, yeni infrastrukturun yaradılmas üçün işlərin aparılıb və işlər davam edir, ancaq Eyvazlı və Çayzam hissələrində yolun yenidən açılması regional sabitliyin çox yaxşı bir simvolu ola biləcək.