
Azərbaycan və Türkiyə benzini Ermənistana idxal edilməyəcək. Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan avqustun 27-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanda yeni yanacaqdoldurma məntəqələri şəbəkəsinin istifadəyə verilməsinə imkan verən 60 milyon dollarlıq investisiya proqramı müzakirə olunur.
“Onlar xarici investorlardır. Onlar Rusiya və Gürcüstandan benzin idxal edəcəklər. Azərbaycan və Türkiyə benzini idxal edilməyəcək”- deyə nazir vəd edib.