ER İqtisadiyyat naziri Vahan Kerobyanı Kapan-Goris dövlətlərarası yolundakı vəziyyət çox narahat edir.
Jurnalistlərlə söhbətində Kerobyan, məsələnin həllində peşəkar məmurların tam iştirak etdiyini söyləyib.
Onun sözlərinə görə, İran avtomobillərinin Ermənistana girməkdə heç bir problemi yoxdur, Yerevana çatmaq problemi var.
“Əlbəttə ki, bu yol böyük yük maşınlarının keçidi üçün uyğunlaşdırılmamışdır, amma yenə də bu yol işləyir, mallar oradan keçir. Yenə deyirəm, çox narahatıq, o yolun bağlanmasından çox narahatıq, bu yolu ən qısa zamanda açmaq üçün hər şeyi edirik”- deyə ER İqtisadiyyat naziri Vahan Kerobyan qeyd edib.