
Orbeli Analitik Mərkəzinin eksperti Taron Hovhannisyan Sputnik Armeniaya müsahibədə Azərbaycanın siyasəti və yolları bağlama səbəbləri barədə danışdı.
Ekspertin sözlərinə görə, müharibədən sonra Azərbaycanın hərbi-siyasi rəhbərliyi Ermənistanda vəziyyəti gərginləşdirmək və Ermənistana təzyiq göstərmək üçün əlindən gələni edir ki, Ermənistandan güzəşlər ala bilsin.
Hovhannisyanın fikrincə, söz ilk növbədə Artsax məsələsi, demarkasiya və delimitasiyasından gedir. Azərbaycan bu prosesi öz xeyrinə çəvrimək, ER ərazisindən “dəhliz” ala bilmək istəyir.
Ekspert hesab edir ki, 2021-ci il may ayından ER suveren ərazilərinin işğalı, Ermənistan və Artsaxda davamlı ortaya çıxan insidentlər, həmçinin Goris-Kapan yolununu bağlanması Əliyevlər klanının siyasətinin bir hissəsidir.
Hovhannisyan onu da qeyd edib ki, Azərbaycan Goris-Kapan yolunu uzun müddətlə bağlana bilməzdi, çünki bu, 9 noyabr bəyanatını kobud şəkildə pozurdu. Digər yandan düşmən bu şəkildə istədiyinə nail olmamaq üçün qisas almaq istəyir.
“Unutmamalıyıq ki, Moskvada ER, RF və Azərbaycan Baş nazir müavinləri səviyyəsində üçtərəfli görüşlər yenidən başladı və burada da nə ER, nə də RF-nın Azərbaycanın irəli sürdüyu şərtləri qəbul etməmə ehtimalından dolayı bu cür təxribatçı addımlar atırlar”,-ekspert qeyd etdi.
Xatırladaq ki, avqustun 25-dən azərbaycanlı əsgərlər Kapan-Goris yolunun Karmrakar-Şurnux hissəsini bağlamışdı. Avqustun 26-da qarşı tərəfin əsgərləri yolun Goris-Vorotan hissəsini də bağladılar.
Avqustun 27-də axşam saatlarında isə ER MTX-dən yolların açılmasını bildiriblər.