ER İnsan Haqları Müdafiəçisi (Ombudsman) yenidən təsdiq edir ki, Azərbaycan hərbçiləri Geğarkunikin Sotk və Kut kəndləri yaxınlığında çadırlarının yanından qəsdən yanğın başladırlar.
“Azərbaycan Müdafiə nazirliyi dünən rəsmi açıqlama yayaraq, dərc olunan danılmaz faktları təkzib edib.
Bütün bu faktlar kənd sakinləri tərəfindən Ombudsman aparatına ötürülüb. Bunu obyektiv sübutlar da daxil olmaqla bir neçə mənbədən hərtərəfli yoxlamışıq.
Hamısının nəşr edilməməsinə qərar verildi, ancaq Azərbaycan Müdafiə nazirliyinin təkzibindən sonra, iki gün əvvəl, təxminən 22:30 radələrində Kut kəndindən çəkilmiş əlavə video-sübutu təqdim edirik”- deyə Ombudsman öz mesajında bildirib.
Arman Tatoyana görə, Azərbaycan Müdafiə nazirliyi, xüsusilə Ermənistan Respublikasının suveren ərazisində Ermənistan Respublikasının mülki əhalisinə qarşı cinayət əməllərini ört -basdır etməyə çalışır, onların silahlı qüvvələri isə ER vətəndaşlarının hüquqlarının pozulmasını istisna etməlidir.
“Hər kəs həmişə nəzərə almalıdır ki, Ermənistanın İnsan Hüquqları Müdafiəçisi yalnız əsaslı faktlar dərc edir və dərc olunandan daha çox şey var. Hər şey qeydiyyata alınır və beynəlxalq təşkilatlara göndərilir”- deyə Arman Tatoyan vurğulayıb.