Rusiya sülhməramlıları Dağlıq Qarabağda növbəti dəfə hərbi təlim keçirib. Təlimlərin iki məqsədi dron hücumlarının qarşısını almaq və Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqələrində təhlükəsizliyi təmin etməkdir.
Bu barədə avqustun 30-da Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, məşğələlər altı tədris yerində keçrilib.
Təlimlərin keçirilməsinin özəlliyi müşahidə məntəqəsinin cavabdeh olduğu zonada PUA-nın aşkar edilməsi tapşırıqlarının yerinə yetirilməsi, qapalı rabitə kanalları vasitəsilə məlumatın rus sülhməramlı kontingentinin idarəetmə məntəqəsinə ötürülməsi olub.