
Sergey və Nikolay Sargisovlar 2021-ci ildə Forbes jurnalının ən varlı 10 ailə siyahısına daxil edilib.
Qardaşlar, “RESO” qrupuna rəhbərlik edirlər, onun əsas aktivi Rusiyanın ən böyük sığorta şirkətlərindən biri olan “RESO Garantiya”dır. Onlar şirkətin səhmlərinin 60,3%-nə sahibdir, digər 36,7%-inə isə Fransanın AXA qrupu sahibdirlər.
Sargisovlar Monakoda 115 hektar torpaq sahəsinə, Los-Ancelesdə 3 evə, Londonda şəxsi evə, Fransada qalaya sahibdir. Sergey Sargisovun böyük oğlu Nikolay, atası ilə ABŞ-da Blitz Films istehsal şirkətini idarə edir. Sergey Sargisovun kiçik oğlu Sergey, “Alfa Group”un səhmdarı Peter Aven və digər iki ortağı ilə birlikdə qurulan “Premial doctor” şirkətinə rəhbərlik edir.