Lavrov: “ Problemin uzunmüddətli həlli yalnız sərhədlərin delimitasiyası və demarqasiyası vasitəsiylə mümkündür”
Biz israr edirik ki, bütün problemlər sülh yolu ilə və diplomatik yolla həll olunmalıdır. Və problemin uzunmüddətli həlli yalnız sərhədlərin delimitasiyası və demarqasiyasıyla mümkündür.
Bu haqda RF Xarici işlər naziri Sergey Lavrov Moskvada Ararat Mirzoyanla birgə mətbuat konfransı ərzində bildirib.
O, eləcə də əlavə etdi ki, 9 Noyabr 202-ci il noyabrın 9-da və 2021 -ci il yanvarın 11 –də üçtərəfli razılaşmaların həyata keçirilməsini ətraflı müzakirə etmişlər. Bunun nəticəsində münaqişə dayandırılıb və o siyasi meydana dəyişdirilib.
“Biz həmçinin erməni hərbi əsirlərinin geri qaytarılmasını və minalanmış sahələrin xəritələrini təhvil vermək məsələlərini diqqətdən yayındırmamaqla bağlı şərtləşmişik.
Həmçinin Minsk qrupu həmsədrlərinin gələcək fəailiyyətinin mühümlüyünü təstiq etmişik”- deyərək Lavrov qeyd edib.