Başlıcaİctimaiyyət
“Sputnik-V” peyvəndinin növbəti partiyası Ermənistandadır

Ölkədəki gərgin epidemiyoloji vəziyyəti sabitləşdirmək üçün yeni peyvənd partiyaları alınır və idxal olunur.
Razılaşmaya görə, Ermənistan koronavirus infeksiyasına (COVID-19) qarşı Rusiyanın “Sputnik-V” peyvəndinin növbəti partiyası aldı. Partiya 15000 nəfər üçündür.
Bu barədə ER Səhiyyə Nazirliyindən məlumat verilir. İdxal olunan partiya artıq gömrükdən keçir.