BaşlıcaSiyasət

Türkoloq:  “Türkiyənin ön şərtlərini qəbul etmək, erməni mənliyindən imtina etmək deməkdir”

Türk ilkin şərtlərini qəbul etmək, erməni mənliyindən imtina etmək deməkdir.Bu haqda  akademik , türkoloq Ruben Safrastyan Ermənistanla münasibətlərini  nizamlamaq haqda  Türkiyənin  prezidentinin son bəyanatlarına səslənərək qeyd edib.

Safrastyanın sözlərinə görə, Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq cəhdləri Ankaranın öz şərtlərini  irəli sürmək üçün olması daha aydın görünür.

 “Türkiyədə belə bir  illüziyalar var ki,Ermənistanın gərək Ankaranın təqdim etdiyi ilkin şərtləri qəbul etsin.Hansılar ki,  Ankara təqdim edib:  Artsax xalqının hüquqlarını qorumaq siyasətindən əl çəkməsi, Erməni Soyqırımını tanımasını siyasətləşdirməkdən  və göründüyü kimi  hətta Qars müqaviləsini təsdiq etdiyini rəsmən bəyan etməsi barədə  elan etməlidir.Bu şərtləri əgər qəbul etsək, demək biz öz mənliyimizdən imtina edirik.

Akademik bildirir ki, 44 günlük müharibədən sonra Ankara və Bakı Ermənistana təzyiqini artırmağa və ilkin şərtlərini irəli sürməyə cəhd edir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyədən müsbət siqnalların bölgədə sülhün bərqərar olması baxımından əlamətdar olduğunu bildirməsinə cavab olaraq, Türkiyə lideri ölkəsinin Ermənistanla münasibətlərin tədricən normallaşmasına hazır olduğunu söylədi.

Erdoğanın sözlərinə görə, müasir tarix düşmənçilik mənbəyi olmamalı, davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Türkiyə liderinin sözlərinə görə, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şəraitin yaradılması yalnız davamlı sülh əldə edildikdən sonra mümkündür.

Ruben Safrastyan izah edir ki, bölgədəki sülh və sabitlik Moskva və Yerevan üçün də vacibdir, lakin heç vaxt erməni  mənliyini itirmək hesabınaolmamalıdır.

Onun sözlərinə görə, Erdoğanın açıqlamaları bugünkü reallıqdan çox uzaqdır. Ankara ER-ı ilə münasibətləri normallaşdırmaq üçün heç bir real addım atmır.

BMnin İnkişaf proqramının Milli eksperti  Ara Marcanyan da öz xatirələrində “nizamlanan” münasibnətlərin əsasını xatırladır.Son 30  il ərzində ER transport  bokadasındadır.

Blokada hərbi əməliyyatların bir hissəsi hesab olunur və son 30 ildə Ermənistan, Türkiyə, Azərbaycan və qismən Gürcüstan tərəfindən blokadada saxlanılır, yəni 30 ildir ki, Ermənistana qarşı hərbi əməliyyatlar aparılır. Bölgədə sülhün bərqərar olması bu amillərin aradan qaldırılmasına, Ermənistana vurulan zərərin azaldılmasına çatdırar”.

Ekspertlərin hesablamalarına görə, blokadada yalnız bir il ərzində Ermənistan iqtisadiyyatına birbaşa dəyən  ziyan 1-1,5 milyard dollar təşkil edir. Və 30 ildə qonşularının ölkəmizə vurduğu ziyan bir neçə yüz milyarda çatır.

Ərdoğan bir daha Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın qoşula biləcəyi “altı platforma”dan  danışdı. O, bölgənin bir çox problemi aradan qaldıracaq dəmir yollarına və avtomobil yollarına ehtiyacı olduğunu əlavə etdi.

BMT mütəxəssisi, yaxın illərdə Türkiyə-Gürcüstan-Azərbaycan istiqamətində Ermənistanın boğan “Şərq-“Qərb” blokadasının zərərsizləşdiriləcəyini  ehtimal edir.

“Bir neçə proqramın həyata keçirilməsi çox vacibdir. İranda bir qaz yatağının kəşfi bir neçə gün əvvəl elan edildi və bu qazın Qərbə ixracı yaxın gələcəkdə əhəmiyyətli olacaq. Bu proqramlar birinci dərəcəli əhəmiyyətə malikdir”.

Ara Marcanyanın sözlərinə görə, yuxarıda göstərilən proqramlar bölgədə yerli sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir və Erdoğanın “parçala ki, hökm sürəsən”  məntiqinə uyğun gəlir.Erdoğan, öz təsirini dərinləşdirmək və üstünlüyünü qurmaq gündəmini  irəli sürür.

Ermənistan Xarici işlər nazirinin iki günlük işgüzar səfəri çərçivəsində Rusiya Xarici işlər naziri Sergey Lavrov və KTMT baş katibi Stanislav Zas ilə görüşü planlaşdırılır.

Rusiya Xarici işlər nazirliyindən verilən məlumata görə, danışıqların gündəliyinə 9 noyabrın 9-u və yanvarın 11-də olan , üçtərəfli müqavilələrin həyata keçirilməsi, o cümlədən humanitar məsələlər, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması  məsələsi də daxildir.

Türkiyə Prezidenti son məsələlərə də toxundu. O, Ermənistanla münasibətlərin normallaşmasından da danışdı və bəzi ön şərtlər irəli sürdü.

Daha çox göstər
Back to top button