BaşlıcaEkonomika

SOCAR Türkiyədəki törəmə şirkətində iştirak payını 87%-dən 100 %-ə çatdırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş/”dəki (STEAŞ) birbaşa və dolayısı iştirak payını 87 %-dən 100 %-ə çatdırıb.

Bu barədə Türkiyənin Kamuyu Aydınlatma Platforması (KAP) məlumat yayıb.

Məlumata görə, “Goldman Sachs International” (“Goldman Sachs”) ve “JP Morgan Securities Plc” ilə birgə, “Goldman Sachs”ın 1,3 milyard ABŞ dolları qarşılığında SOCAR törəmə və nəzarətçi səhmdarı olduğu “SOCAR Turkey Enerji A.Ş.”ın, artımdan sonra ümumi kapitalının 13 % -nə bərabər olan 890 milyon 574 min 713 yeni səhmlərini alacaq.

SOCAR paralel olaraq STEAŞ və törəmə şirkəti “Capital Investments Limited”in (SIL) hər biri ilə 6 illik satış opsion müqaviləsi imzalayıb.

Qeyd edək ki, artıq “STEAŞ”ın qeyd olunan 13 %-lik səhm paketinin SIL tərəfindən satınalma əməliyyatı tamamlanıb.

Daha çox göstər
Back to top button