BaşlıcaSiyasət

Rusiya Ermənistan sərhədlərini öz sərhədləri kimi müdafiə edəcək: Rusiyalı senator

Rusiya, Ermənistanın KTMT üzvlüyünə əsaslanaraq öz sərhədləri kimi Ermənistan sərhədlərini müdafiə edəcək. Bu barədə “Sputnik Armeniya”-ya müsahibəsində Rusiya senatoru, Federal Şuranın Xarici Əlaqələr Komitəsinin üzvü Andrey Klimov bildirdi.

Azərbaycanın və NATO üzvü olan Türkiyənin yaxınlaşmasına toxunan Klimov qeyd etdi ki, Rusiyanın hərbi doktrinası budur ki, öz dövlətini və müttəfiqlərini müdafiə etməklə, ölkə yalnız NATO üzvlərindən biri deyil, “bir araya gətirilən hər kəsə” qarşı çıxa bilər. Bununla maraqlananların hamısı bunu bilir. “Təbii ki, bizi fərqli vəziyyətlər maraqlandırır. Bununla məşğul olan mütəxəssislərimiz var … Amma dediklərim çox vacibdir”,- deyə senator vurğualdı.

Klimov əmindir ki, belə bir “yoxlama” heç kim üçün yaxşı nəticələnməyəcək, Ankaradakı həmkarlar bunu yaxşı bilir. Eyni zamanda, Rusiya artıq kifayət qədər olan problemləri çoxaltmaq istəməzdi.

Xatırladaq ki, sonr zamanlar Azərbaycan-Türkiyə birgə təlimləri kəskin şəkildə artırdı. Bundan başqa Türkiyə silahlı qüvvələrini Azərbaycanda təmsil edəcək xüsusi komandanlıq qrupu yaradılıb.

Daha çox göstər
Back to top button