BaşlıcaSiyasət

Slovakiyanın Xİ naziri: Azərbaycandan erməni əsirlərin geri qaytarılması prosesi davam etdirilməlidir

Azərbaycandan erməni əsirlərin, hərbçilərin və mülki şəxslərin geri qaytarılması prosesi davam etdirilməlidir. Bunu Slovakiyanın xarici işlər naziri İvan Korçok 14 sentyabrda Yerevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi brifinqdə bildirib.

Xatırladaq ki, Korçok Ermənistana ilk rəsmi səfərlə gəlib. O, Ermənistan hökumətinin sülh dövrünə başlamaq niyyətini yüksək qiymətləndirib.

Nazir, vəziyyətin gərginləşməsinə səbəb olacaq və 9 noyabr üçtərəfli bəyanatın müddəalarını pozacaq hər hansı bir hərəkətdən çəkinməyə çağırıb. “Hər hansı bir münaqişə sadə vətəndaşlar üçün əziyyətdir. İradə və qətiyyət varsa, münaqişələr həll ediləcək”- deyə o qeyd edərək Slovakiyanın ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini əlavə edib

“Biz Azərbaycandan erməni əsirlərin geri qaytarılması da daxil olmaqla addımları dəstəkləyirik. Əsirlərin geri qaytarılması prosesi davam etdirilməlidir.  Eyni zamanda, insan həyatını xilas etmək üçün minalardan təmizləmə prosesi davam etdirilməlidir”,- deyə Korçok, AB -nin dəstəyə hazır olduğunu vurğulayıb.

Daha çox göstər
Back to top button