BaşlıcaSiyasət

İran üçün qonşularla münasibətlər prioritetdir: İranın Ermənistandakı səfirliyi

İranın ER-dakı səfirliyindən Azərbaycan tərəfindən Vorotan hissəsində İran yük maşınlarının yoxlanması ilə bağlı “Lurer”-in sualına cavab verilib:

“Dəfələrlə bəyan etdiyimiz kimi, İran üçün qonşularla münasibətlər prioritetdir. Prezident İbrahim Rəisi hökumətində qonşularla münasibətlər xarici siyasətin əsas istiqamətlərindəndir. Buna görə də, Tehran bütün qonşu ölkələrlə balanslı və eyni zamanda prioritetli olan əlaqələrini genişləndirəcəkdir.

İran bütün qonşuların iştirakı ilə regional inkişaf, sülh və sabitlik üçün imkanlardan istifadə etməyə çalışır. Beləliklə də, xüsusilə dost Ermənistanla münasibətlərin inkişafı, yollardakı maneələrin və problemlərin aradan qaldırılması gündəm məsələsidir.

İran İslam Respublikası Qafqaz regionunda son aylarda baş verən prosesləri və xüsusən də 12 sentyabrdan İrandan Ermənistana gedən İran yük maşınlarından alınan pul məsələsini yaxından izləyir.

İran qonşu ölkələri, o cümlədən Ermənistanla ticarətin asanlaşdırılması üçün çalışacaqdır”.

Daha çox göstər
Back to top button