BaşlıcaSiyasət

Sentyabrın 16-da KTMT-yə sədrlik Ermənistana veriləcək

Sentyabrın 16-da KTMT-yə sədrlik Ermənistana keçəcək. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirdi.

“2021-2022-ci illərdə KTMT-yə sədrliyin Ermənistana verilməsi nəzərə alınmaqla Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin prioritetlərini təqdim edəcək”,- deyib.

Təşkilatın mətbuat katibi qeyd etdi ki, iclas zamanı Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbul olunacaq, həmçinin sülhməramlı missiya, KTMT qoşunlarının fəaliyyətinin təmin edilməsini və KTMT-nin operativ cavab qüvvələrinin müasir silahlarla təchiz olunacağı ilə bağlı bir çox sənədlər imzalanacaq.

Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və KTMT-nin sessiyalararası dövrdəki fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər. Bundan əlavə, təşkialatın 2022-ci ildəki büdcəsi nəzərdən keçiriləcək.

Daha çox göstər
Back to top button