ArtsaxBaşlıcaEkonomika

Artsax Prezidenti “Tashir” şirkətlərqrupunun təsisçisi və sdəri Samvel karapetyan ilə görüşüb

Sentyabrın 21-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Yerevanda “Tashir” şirkətlər qrupunun təsisçisi və sədri, xeyriyyəçi Samvel Karapetyan ilə görüşüb.

Artsax Respublikasının Prezident Administrasiyasının yaydığı məlumata görə, Artsaxda həyata keçrimiş humanitar proqramlar üçün təşəkkürünü bildirirən Arayik Harutyunyan vurğulayıb ki, müharibədən sonra problemləri tez zamanda həll etmək üçün  Spyurkda (diaspora) yaşayan ermənilər tərəfindən davamlı addımların atılması çox vacibdir.

Görüş zamanı sosial-iqtisadi sahə ilə bağlı məsələlər müzakirə olunub. Samvel Karapetyan qeyd edib ki, “Tashir” qrupu keçmişdə olduğu kimi hazırda da Artsax erməniləri yanındadır və yaxın gələcəkdə  Artsaxın dirçəlişi üçün geniş miqyaslı layihələr həyata keçirməyi planlaşdırır. 

Görüşdə Artsax Respublikasının Prezident  Administrasiyasının sədri Karen Şahramanyan da iştirak edib.

Daha çox göstər
Back to top button