BaşlıcaEkonomika

Samvel Karapetyan Ermənistanın enerji sektoruna 600 milyon dollara qədər sərmayə qoymaq istəyir

Enerji istənilən ölkənin dayanıqlı iqtisadi fəaliyyətinin əsasını təşkil edir və Ermənistan məsələsində bu, ikiqat əhəmiyyətlidir.

Bu barədə Ermənistanlı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan Yerevanda keçirilən Rusiya-Ermənistan biznes-forumunda şirkətin proqramını təqdim edərkən bildirib.

“Yeni istehsal sahələrinin yaradılması və elektrik şəbəkələrinin modernləşdirilməsi də daxil olmaqla enerji təhlükəsizliyinin təmin edilməsi üçün 600 milyon dollara qədər sərmayə qoymağı planlaşdırırıq”,-Karapetyan deyib.

Erməni iş adamı bütün səyləri və resursları Ermənistan ətrafında birləşdirməyə çağırıb.

Daha çox göstər
Back to top button