BaşlıcaEkonomika

Ermənistan hökuməti “marka” adlı şərabların qeydiyyatına başlamaq istəyir

Ermənistan Respublikası Hökuməti qorunan coğrafi göstəriciləri olan şərabların qeydiyyatı haqqında qanun layihəsi hazırlayır.

Məlumatı Sputnik Armenia-ya Ermənistanın İqtisadiyyat nazirinin müavini Arman Xocoyan verib.

Bu cür şərablar dünya bazarında daha yüksək dəyərə malikdir, keyfiyyətcə bərabər olduğu halda da daha yüksek qiymətlə satılır, çünki keyfiyyətə əlavə olaraq, müəyyən bir ölkənin və ya bölgənin adət-ənənələrini təmsil etmək xüsusiyyətinə malikdir.

Bu cür şərabların qeydiyyata alınması imkanı 2008-ci ildə “Üzüm Xammalı Alkoqollu İçkilər haqqında Qanunda” da vardı, indi nəhayət bu cür şərabların qeydiyyatı üçün xüsusi prosedurlar hazırlanır.

“Biz artıq qanun layihəsi hazırlamışıq və hazırda müzakirələr aparılır.  Orada bu şərabların qeydiyyata alınması üçün keçməli olan bütün prosesləri təsvir edilir”,- Xocoyan qeyd etdi. 

Ermənistan Respublikanın bütün üzüm bağlarının xəritəsini hazırladıqda bu cür şərablara və onların orijinallığına inam artacaq.

Daha çox göstər
Back to top button