Əliyevlər rejiminin 20 il ərzində 250 milyard dolar gəliri olub, amma, eləcə də vəd etdiyi “İkinci Küveyti” qurmadı…
Heydər Əliyev hökumətinin varisi İlham Əliyevə gəlincə isə,Yunusovun sözlərincə, Azərbaycanın novbəti prezidenti, atasından fərqli olaraq enerji resurslarından aldığı gəlirlərin sayyəsində “təhlükəsizlik yastığı” var idi.
Arif Yunusovun dediyinə görə, Azərbaycan rəsmi məlumatlara görə son 10 il ərzində enerji resursları neft və qaz satışından 157 milyard ABŞ dolar gəliri olub.
Üstəlik, 2001 -ci ildə 153 milyard dollar 2021 -ci il 1 sentyabrın 1-ə düşən müddətdə satılan neftdən, qalan 4 milyard 2007-ci ildəsə 2021 -ci il sentyabrın 1 -də satılan təbii qazdan əldə olunub.
“Bunlar rəsmi məlumatlardır ki, bunlara inanmaq omaz.Xüsusən də enerji resursları satışından gələn məbləğlər barədədir .
Azərbaycanda hələ Heydər Əliyevin vaxtından etibarən neft satışlarının bir hissəsi statistika hesabatında gizlədilirdi.
Məsələn 11 milyon tonna neft hasil edilirdi amma, 9 milyon göstərdilər və qalan 2 milyon tonun satışından əldə olunan gəlir ailənin cibinə ötrülürdü” – deyərək azərbaycanşünas sonra əlavə edib ki, İlham Əliyevin günlərində həmin system nəinki yalnız qorunmuşdur, hə də kifayət qədər təkan alaraq daha da genişmiqyas almışdır.
Qeyri-rəsmi məlumatlara və Arif Yunusovun verdiyi məlumatlara görə, son 20 il ərzində Azərbaycan enerji resurslarının satışından 180-250 milyard dolar qazanc əldə edib
“Amma hətta əgər rəsmi məlumatları nəzərə alsaq ən azı 157 milyard dollardır”- deyərək azərbaycanşünaq qeyd edib.Qeyd edək ki, cəmi 10 milyon sakinləri olan Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir”.
Arif Yunusovun s səciyyəsinə görə, bu pullar nəinki Azərbaycanda siyasi və sosial-iqtisadi islahatlar aparmaq, ölkəni inkişaf etdirmək üçün, həm də qonşu Gürcüstan və Ermənistana kömək etmək üçün kifayət edərdi.
Di gəl ki, İlham Əliyev baxmayaraq ki, amerikan ekspertlər onu necə “reformator” olaraq səciyyəlndirmişlər, eləcə də azərbaycanlıların ümidini doğrultmadı.
Xüsusilə, siyasi sahədə, əgər Heydər Əliyev, peşəkar xadim olmaqla “demokratiya imici” naminə heç olmazsa formal şəkildə müxalifət saxlayırdı. Onun oğlusa, Azərbaycanda hətta formal müxalifətin varlığına belə icazə vermədi.
Və bu həm rusiyapərəst, həm qərbyönlü, həm də islami yönümlü bütün qruplara aid idi.
Azərbaycanın sosial-iqtisadi vəziyyətinə gəlincə, məruzəçinin sözlərinə görə, sırf statistik məlumatlara görə, son 20 ildə bütün göstəricilərdə artım olub, amma reallıq statistikadan olduqca fərqlidir.
“Neft gəlirləri hakim rejimin həm xarici, həm də daxili siyasətdə manevr etməsinə imkan verdi. Enerji qaynaqlarının ixracından əldə edilən böyük gəlirlər, ölkənin sabitliyinə zəmin yaratdı və hakimiyyətin xalqın gözünə toz üfürməsinə imkan verdi.
İqtisadi vəziyyətə sıravi bir azərbaycanlı, adi bir insan baxımından baxsaq, bu göstəriciləri neft və qazı olmayan qonşu Ermənistan və Gürcüstanın göstəriciləri ilə müqayisə etsək, deyə bilərik ki, 2018 -ci ildən başlayaraq Azərbaycanın iqtisadiyyat durğun vəziyyətdədir.
Hazırda Azərbaycan adambaşına düşən ÜDM -ə görə Ermənistandan bir qədər geri qalır, Gürcüstandan bir az yaxşıdır.
Ancaq bu qədər nefti və qazı olan bir ölkənin “ikinci Küveyt” quracağına söz verməsi lazım olan səviyyədə deyil.
20 il ərzində heç bir “İkinci Küveyt” yaradılması nail olmadı” – deyərək Arif Yunusov qeyd edib.