BaşlıcaSiyasət

Aleksandr Lapşin: “Ermənistan Bakıdakı erməni əsirlərin azad edilməsində mənim nümunəmdən istifadə etməlidir”

Ermənistan hakimiyyəti hazırda Bakıda saxlanılan erməni hərbi əsirlərin sərbəst buraxılmasını təmin etmək üçün Azərbaycan Respublikası əleyhinə bloger Aleksandr Lapşinlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin müəyyən etdiyi təcrübədən istifadə etməlidir.

Jurnalistlə  söhbətində bloger Aleksandr Lapşin AİHM Böyük palatasının Azərbaycanın bu qərardan apellyasiya şikayətini rədd edərək AİHM -in 2021 -ci il mayın 20-də  Bakı məhbəsində onu işgəncələrə məruz qoyulması və ona qarşı  sui-qəst edilərkən  Azərbaycan hökumətinin təqsirkar tanınılması barədə hokum qüvvədə saxlamışdır.

Blogger Strasburq məhkəməsində Azərbaycan üzərində qazandığı qələbənin siyasi əhəmiyyətini vurğuladı.

“Əlbəttə, Azərbaycanın apellyasiya şikayəti versə də uduzacağına şübhəm yox idi. Amma bu işdə ən önəmlisi odur ki, mənim fikrimcə, Ermənistan hakimiyyəti azadlıqda Avropa Məhkəməsindəki qələbəmdən mütləq istifadə etməlidir.

 Aleksandr Lapşin jurnalistə açıqlamasında Avropa Məhkəməsinin qərarından tam razı qaldığını dedi.

Tazminatın miqdarına gəlincə, Lapşin bunun çox simvolik olduğunu söylədi. Bloger Azərbaycan hökumətinin həmin təzminatı ödəyəcəyinə əmin deyil.

Avropa İnsan Haqları Məhkəməsinin 20 may tarixli qərarına əsasən, Azərbaycan Aleksandr Lapşinə 30 min avro təzminat ödəmək məcburiyyətindədir.

“Pul, əlbəttə ki, simvolikdir. Üstəlik, Azərbaycanın bu məbləği ödəyəcəyinə çox şübhə edirəm. Avropadakı aktivlərinin dondurulması və Avropa Şurasına şikayətlərimizlə onları ödəməyə məcbur etmədən illər keçəcək. Bununla belə  məsələ pulda deyil, məsələ Ermənistanın xeyrinə istifadə edilməli olan  hökmün presedentidir ”- deyərək Aleksandr Lapşin bildirib.

2018-ci ilin yanvar ayında Aleksandr Lapşin, qanunsuz həbsdə saxlanılması, həbsxanada ona qarşı  dəhşətli rəftar etməkdə və sui-qəstə cəhd olunmasında Azərbaycan Respublikasınə ittiham edərək  Avropa İnsan Haqları Məhkəməsinə iddia qaldırdı.

Üç ildən çox sonra, 2021 -ci ildə Avropa İnsan Haqları Məhkəməsi  mayın 20 də olan hökmündə   Azərbaycan Respublikasını günahkar hesab edərək blogerlərə 30 min avro təzminat ödəməyi qərara aldı.

Daha çox göstər
Back to top button