BaşlıcaSiyasət

Həmsədrlərlə humanitar problemlərin həlli üçün razılıq əldə edilib: Mirzoyan

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdikləri birgə görüşdə humanitar məsələlərin həlli və erməni əsirlərin geri qaytarılması barədə razılıq əldə edilib.

Bunu mətbuat konfransı zamanı Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində keçirilən görüşlərə toxunaraq bildirib.

Mirzoyan əvvəlcə Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh danışıqlarının bərpasını alqışladığını ifadə edərək vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız bu formatda sülh danışıqları yolu ilə və ATƏT-in Minsk Qrupunun həmsədrliyi mandatı çərçivəsində görür.

“Görüş zamanı konkret razılıqlar əldə edilib: erməni hərbi əsirlərin azad edilməsi, itkin düşmüş hərbçilərin, mülki şəxslərin taleyinin daha da aydınlaşdırılması, bu istiqamətdə işlərin aparılması kimi humanitar problemləri, Azərbaycanın nəzarətində olan erməni mədəniyyət abidələrinin qorunmasını və bir sıra digər məsələlərini müzakirə etmək və həlli tapmağa çalışmaq, sonra həmsədrlik mandatının əsas komponenti olan Dağlıq Qarabağın statusuna dair müzakirələr başlamaq”,- deyə Mirzoyan bildirib.

Nyu-Yorkdakı görüşlər zamanı Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərinə hazırlıqdan danışılıb. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri ilə növbəti görüşlərin gözlənilən olub-olmaması sualına Mirzoyan bildirib ki, prosesin davam etdirilməsi və yeni görüşün təşkili üçün ən azı razılıq əldə olunub.

Daha çox göstər
Back to top button