Başlıcaİctimaiyyət

“AstraZeneca” və “Sputnik V” peyvəndləri haqqında nə məlumdur?

ER Səhiyyə Nazirliyinin Facebook səhifəsində “AstraZeneca” və “Sputnik V” peyvəndləri haqqında məlumatlar paylaşıldı.

Oxford–AstraZeneca Oksford peyvəndi kimi də tanınır. Əzələdaxili vurulan peyvənd Oksford Universiteti və “AstraZeneca” şirkəti tərəfindən hazırlanıb. Genetik cəhətdən dəyişdirilmiş şimpanze adenovirus ChAdOx1 istifadə edilən vektor vaksinidir.

“Sputnik V” peyvəndi də əzələ daxilinə vurulur. COVID-19-a qarşı iki komponentli vektor peyvəndidir. Peyvəndin tərkibində koronavirus yoxdur və özündə insan adenovirus zərrələrinin hissələrini daşıyır, hansı ki, onlarda koronavirusun zərf proteinini – S-in zülalları var, onlarda immunitet yaradır.

AstraZeneca və Sputnik V vektor və ya adenovirus texnologiyasına əsaslanır. Adenovirus normal vəziyyətdə tənəffüs xəstəliklərinə səbəb olan virusdur. Çoxalma xüsusiyyətindən məhrum edilən adenovirusa koronavirus zülalını kodlayan gen daxil edilir. Onun sayəsində immunitet sistemi təhlükəli infeksiyanı tanımağı və ona qarşı müdafiə üçün anticismləri istehsal etməyi öyrənir.

Daha çox göstər
Back to top button