BaşlıcaSiyasət

ER İHM: “Azərbaycanın Yerasx icmasının evlərini hədəfə alması terror aktıdır”

Azərbaycan Silahlı qüvvələri tərəfindən oktyabrın 16 -na keçən gecə  ER Ararat bölgəsindəki Yerasx icmasının mülki evlər istiqamətində edilən hədəf atəşi terror aktıdır.

Bu haqda  ER İnsan hüquqları müdafiəçisi Arman Tatoyan “Facebook”  səhifəsində yazdığı məqalədə bildirib.

“Oktyabrın 16 -da saat 23 radələrində Azərbaycan silahlı qüvvələri Ermənistanın Ararat bölgəsindəki Yerasx  icması üzərinə atəş açıb. Həyəcan siqnallarına görə, atəşlər mülki evləri hədəfə alıb.

Atəşdən dərhal sonra Yerasx icmasının bir sakininin 3-4 min hektar ot otlağında yanğın yaranıb. . Yanğınsöndürənlərin vaxtında gəlməsi səbəbindən yanğın evlər istiqamətində yayılmaması üçün təcrid olunub.

Bunlar terror aktlarıdır. Bu  azğınlıqlar Azərbaycan hakimiyyətinin düşmənçilik və faşizm siyasətinin birbaşa nəticəsidir”-deyərək  ombudsman vurğulayıb.

Onun sözlərinə görə, ER İnsan Hüquqları müdafiəçisinə ünvanlanan bu həyəcan siqnalları obyektiv dəlillər və bir neçə mənbədən təsdiqlənmiş məlumatlar əsasında araşdırma işləri çərçivəsində təsdiqlənibdir.

“Azərbaycan əskərləri üçün aydındır ki, özləri kəndlilərə zərər verir, mülklərini məhv edir, həyat və mülkiyyət hüquqlarını, dinc həyat və təhlükəsizliyini pozur” deyərək  Arman Tatoyan əlavə edib ki,  bu əməllər bird aha  əsaslandırır ki, Avropa  Şurasının  Parlament Assambleyasının (AŞPA) 2021-ci il  sentyabrın

Avropa Şurasının (AŞPA) 2021-ci il sentyabrın 27-də 2391 (2021)  qətnaməsinin silahsızlaşdırılmış təhlükəsizlik zonasının yaradılması tələbi həyata keçirilməlidir.

Daha çox göstər
Back to top button