BaşlıcaSiyasət

Putin müxtəlif sahələrdə Erməistanla əməkdaşlıqdan danışıb

Səkkizinci Ermənistan-Rusiya regionlararası Forumunda çıxış edərək Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, iki ölkə arasında mənalı dialoq və müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq qurulub. Bu barədə RİA Novosti Kremlin saytına istinadən məlumat yayıb.

“Çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənən Rusiya-Ermənistan münasibətləri həqiqətən müttəfiq xarakteri daşıyır” – deyə forumun iştirakçılarını salamlayan Putin qeyd edib.

Putin forum çərçivəsində Ermənistan və Rusiya rəsmilərinin, qeyri-hökumət təşkilatlarının, elmi, ekspert və biznes dairələrinin təcrübə mübadiləsi apara biləcəyini, ikitərəfli gündəliyə aid olan məsələləri müzakirə edə biləcəyini və gələcək birgə işin yollarını müəyyənləşdirəcəyini vacib sayıb. 

“Dövlətlərimiz arasında vacib siyasi dialoq, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Regionlararası əməkdaşlıq Rusiya-Ermənistan münasibətlərinin inkişafında, iqtisadi, sosial, infrastruktur, humanitar və digər sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır”, – deyə o bildirib.

Daha çox göstər
Back to top button