BaşlıcaEkonomika

Əcnəbilər sadələşdirilmiş prosedurla ER-da iş icazəsi alacaqlar

 Əcnəbilərə Ermənistanda iş əsaslı yaşayış statusu verilməsi sisteminin islahatlar aparılır.

Yeni layihədə əcnəbilərə iş icazəsi verilməsi prosedurunun sadələşdirilməsi təklif olunur.

 Layihənin təfərrüatlarını təqdim edərək jurnalistlə söhbətində Miqrasiya xidmətinin rəhbəri Armen Ğazaryan dəyişikliklərin 2022 –ci ilin yanvarından  qüvvəyə minəcəyini qeyd etdi.

Onun sözlərinə görə, hazırda proses aşağıdakı məntiqlə aparılır. Xarici işçi cəlb etmək üçün işə götürən Ermənistan Respublikasının Əmək və Sosial məsələlər nazirliyinə müraciət edir, əcnəbi üçün iş icazəsi alır, sonra əcnəbi gəlir, şəxsən polisə müraciət edir və müvəqqəti yaşayış yeri status alır.

Əcnəbi bundan sonra bir sənədi, yəni, işə əsaslanan müvəqqəti yaşayış statusunu alacaq.

İşəgötürən platformada vəzifə təlimatını dolduracaq, ona əsasən, Ermənistan Respublikasının vətəndaşı olan bir işçi varsa, əmək işləri üzrə səlahiyyətli orqan işəgötürənə onun namizədliyini təklif edəcək.

 İşəgötürən razılaşarsa, proses bununla başa çatır. ER vətəndaşı işə gedir. Əgər razı deyilsə və əcnəbinin cəlb edilməli olduğu təqdirdə, əcnəbinin məlumatları müvafiq platformada doldurulur, bütün lazımi təhlükəsizlik yoxlamaları aparılır, bundan sonra gəlib iş  icazəsi,müvəqqəti yaşayış kartını əldə edə bilər.

Armen Qazaryan  qeyd edib ki, islahatlar bir tərəfdən idarəçiliyi asanlaşdırır, işəgötürənlər üçün son müddəti azaldır, digər tərəfdən də əcnəbilər üçün idarəçiliyi asanlaşdırır.

Daha çox göstər
Back to top button