BaşlıcaSiyasət

Azərbaycan müxalifəti Pandora dosyasının araşdırılmasını tələb edir

Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrləri Cəmil Həsənli və Əli Kərimli “Pandora dosyası” beynəlxalq jurnalist araşdırması ilə əlaqədar Azərbaycanın baş prokuroru Kamran Əliyevə müraciət ediblər.

Bu dosyada açıqlanan materiallara əsasən, Azərbaycan prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıblar.

Həsənli və Kərimli xatırladırlar ki, əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adları “pulların yuyulması”, vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda adları keçib.

2017-ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma – “Azərbaycan landromatı” ilə bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib. Həmin materiala görə, ölkədən 3 milyard dollar çıxarılıb və yuyulub.

Demokratik Qüvvələrin Milli Şurası və Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edirlər ki, Baş Prokurorluq göstərilən faktlarla bağlı cinayət işi açmalı, hərtərəfli və obyektiv araşdırma aparmalıdır.

Müraciətdə qanunvericiliyin konkret maddələri göstərilir və deyilir ki, prokurorluq yuxarıda qeyd olunan hallarda araşdırma aparmağa borcludur. Qeyd edək ki, bundan öncə Müsavat Partiyası da analoji müraciətlə çıxış edib, lakin heç bir reaksiya verilməyib.

Daha çox göstər
Back to top button