BaşlıcaBeynəlxalqSiyasət

Minaların çoxu Azərbaycan yerləşdirib: Ermənistan əsaslı əks arqumentlər təqdim edib

BMT Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Respublikası Ermənistana qarşı iş üzrə təxirəsalınmaz tədbirlərə dair şifahi dinləmələr zamanı Ermənistan Respublikası əsaslandırılmış əks arqumentlər təqdim edib. Bu barədə Ermənistanın AİHM-dəki nümayəndəsi Yeğişe Kirakosyan öz “Facebook” səhifəsində məlumat verir. O həmçinin bildirir ki, Azərbaycan məhkəmədən Ermənistana qarşı təcili tədbirlər görülməsini tələb edir.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanı təmsil edən Yeğişe Kirakosyan Azərbaycan tərəfinin iddialarına cavab olaraq qedy edib ki, “Azərbaycanın qurban olduğu təəssüratı yaratmağa çalışır”.

O bildirib ki, Azərbaycan minaların kimin və hansı məqsədlə Artsax sərhədlərinə yerləşdirilməsi barədə yalan məlumatlar yayır.

“90 -cı illərin əvvəllərində Azərbaycan yüz minlərlə mina yerləşdirdi, həmin minalar münaqişə zonasında olan hər kəsə təsir etdi, təəssüf ki, hamımız mina üzündən əziyyət çəkdik. Ölkəm, bir insanın etnik mənsubiyyətindən asılı olmayaraq, hər itirilən həyatın yasını saxlayır. Onilliklər ərzində ölkəm tam minatəmizləmə əməliyyatı aparmağa çalışdı, amma Azərbaycan humanitar missiyaları ardıcıl olaraq qadağan etdi, çünki əsas mənfəəti erməni əsilli insanlar idi. Və yalnız indi, o insanlar köçdükdə, Azərbaycan birdən-birə minalardan təmizlənmənin dəyərini ortaya qoyub”, – deyə o bildirib.

Kirakosyanın sözlərinə görə, Ermənistan iki dəfə Azərbaycana mina xəritələrini təhvil verib.

Şifahi dinləmələr oktyabrın 19-da davam edəcək.

Daha çox göstər
Back to top button