BaşlıcaSiyasət

Xİ nazirinin müavini: “Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin pozulması reaksiya almalıdır”

2001-ci ildə Avropa Şurasına üzv olan həm Ermənistan, həm də Azərbaycan Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll etməyi öhdələrinə götürdülər. 44 günlük müharibə Azərbaycan tərəfindən bu öhdəliklərin pozulması idi.

Odur ki, Avropa Şurasından layiqincə cavab almalıdır. Bu haqda ER Xarici işlər nazirinin müavini Vahe Gevorqyan Ermənistanın Avropa Şurasına üzvlüyünün 20 -ci ildönümü münasibətilə səfirlər ilə görüş ərzindəki  çıxışında vurğuladı.

Xarici işlər nazirinin müavini səfirlərə müraciət edərək qeyd etdi ki, 72 il ərzində Avropa Şurası Avropa Qitəsinin Konvensiya Sistemini, Avropa Şurasının məqsədlərinə çatmaq üçün əsas olan Avropa standartlarını və normalarını hazırlamışdır.

“Müstəqillik elan edildikdən sonra Ermənistan demokratiya yolunu seçdi. Bu seçim açıq idi. Tarixi, mədəniyyəti, dəyər sistemi ilə Ermənistan cəmiyyəti Avropa ailəsinin ayrılmaz bir hissəsidir.

1991 -ci ildən başlayaraq 2001 -ci ildən tam üzvlüyə qədər, Ermənistan addım -addım öz seçimini əsaslandırdı. 2001-ci il  -cı il yanvarın 25-də Avropa Şurasının tamhüquqlu üzvü oldu.

Müstəqilliyin elan edilməsindən 10 il sonra Ermənistan Respublikasının dövlət bayrağı Strasburqda   Avropa Şurası iqamətgahının qarşısında ucaldıldı”- deyərək  Gevorkyan qeyd edib.

Nazir müavini, Ermənistan Respublikası vətəndaşlarının hüquqlarının təmin edilməsi baxımından Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətini mühüm hesab etdi.

Məhkəmə eyni zamanda Artsax əleyhinə müharibədən sonra Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki vətəndaşların hüquqlarının qorunmasında da mühüm rol oynayır.

“Qeyd etmək lazımdır ki, həm Ermənistan, həm də 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll edəcəyinə söz vermişdi.

Odur ki, 2020-ci ildə 44 günlük müharibə məhz bu öhdəliklərin pozulmasıdır. Azərbaycan Avropa Şurası tərəfindən layiqincə reaksiya  almalıdır” – deyərək  nazir müavini qeyd edib.

Ermənistanın qarşısında duran çətinlikləri xatırladan Gevorkyan, Artsax xalqına qarşı azğın müharibənin humanitar nəticələri ən aktual problemlərdən biri olaraq qaldığını qeyd etdi.

“Bu  məsələdə Avropa Şurası da daxil olmaqla beynəlxalq tərəfdaşlarımızın iştirakı vacibdir. Hesab edirik ki, Avropada fərdlərin əsas hüquqlarının qorunması baxımından”boz sahələr” olmamalıdır.

 Baş katib, İnsan Haqları müvəkkili, Avropa Şurası Parlament Assambleyası, Avropa İnsan Haqları Məhkəməsi və əlaqədar monitorinq orqanları artıq öz səlahiyyətləri  çərçivəsində  problemə  reaksiya verməyə cəhd ediblər.

Nazirlər komitəsi hələ öz rolunutəzahür etməyib, buna görə də ümid edirəm ki, Komitə üzvlərinin iştirakı burada bu mövzuda irəliləyişə müsbət təsir edəcəkdir”-deyərək  nazir müavini qeyd edib.

Daha çox göstər
Back to top button