BaşlıcaSiyasət

Sanosyan güman edir ki, Rusiya tərəfi də Şimal-Cənub avtomobil yolunun tikintisində iştirak etmək istəyəcək

Ermənistanın Ərazi İdarəetmə və İnfrastrukturlar naziri Gnel Sanosyan Rusiyanın Şimal-Cənub yol dəhlizinin inşasında iştirakının mümkünlüyü məsələsinə toxunub. Gnel Sanosyan Ermənistan-Rusiya regionlararası forumu çərçivəsində jurnalistlərlə keçirdiyi brifinqdə bildirib:

“Yaxın gələcəkdə Şimal-Cənub yol dəhlizi ilə bağlı kifayət qədər böyük bir tender prosesimiz olacaq, tenderdə çox gümandır ki, müxtəlif beynəlxalq tikinti təşkilatları iştirak edəcək. Düşünürəm ki, Rusiya tərəfindən həmkarlarımız da iştirak etmək istəyəcək”.

Magistral yolun Kacaran-Sisian hissəsinin tikinti işlərinin başlama tarixi məsələsinə toxunan Sanosyan bunun genişmiqyaslı bir proses olduğunu, tez bir zamanda baş verə bilməyəcəyini vurğuladı.

Daha çox göstər
Back to top button