«Summit of Minds» üçüncü dəfə Dilicanda keçiriləcək
Ermənistan 23-24 oktyabr tarixlərində üçüncü dəfə nüfuzlu beynəlxalq “Summit of Minds”-a ev sahibliyi edəcək
Hər il Fransanın Şamoni şəhərində keçirilən “Summit of Minds” zirvəsi 2019-cu ildən bəri Ermənistanda keçirilir.
Ənənəvi “Erməni Düşüncə Zirvəsi” dünyanın siyasi, iqtisadi, elmi və mədəni dairələrinin tanınmış simalarını birləşdirən unikal erməni markasına çevrildi.
ER Prezident Administrasiyasının məlumatına əsasən, 2021-ci ilin 23-24 oktyabr tarixlərində Dilicanda keçirilməsi planlaşdırılan üçüncü “Erməni Düşüncə Zirvəsi”nin əsas mövzuları Cənubi Qafqaz regionunun geosiyasəti, 21-ci əsrdə texnologiyaların, xüsusən də süni intellektin, biotexnologiyanın inkişafı ilə bağlı olacaq.
Prezident Armen Sargsyan sammit iştirakçıları ilə onlayn görüşdə xüsusi olaraq dedi ki, Ermənistanın ən güclü mənbəyi insandır.