BaşlıcaSiyasət

Baş nazir Fransa səfiri ilə ikitərəfli münasibətlərin gündəliyini müzakirə edib

Baş nazir Nikol Paşinyan Fransanın Ermənistanda yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri Ann Luyonu qəbul edib.

Baş nazir Ermənistan Respublikasındakı səfiri salamlayıb və onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

“Ölkələrimiz arasında qurulan imtiyazlı əlaqələr haqqında çox şey söyləmək olar, hamısını da  müsbət vurğularla. Fransa ilə Ermənistan arasındakı əlaqələr haqqında düşünərkən  və bu əlaqələr kontekstində nə edə biləcəyimiz sualına cavab verməyə çalışdığımda, birmənalı cavab verrəm ki, biz iqtisadi sahədə əməkdaşlığımızı gücləndirə bilməliyik, çünki başqa sahələrdə biz hər şeyi etmişik, ya da hər şeyi etmək yolundayıq.

Və hesab edirəm ki, bu, bizim siyasi əlaqələrimizin gücləndirilməsi və daha səmərəli olması baxımından çox vacibdir. “Mən məmnuniyyətlə qeyd edim ki, deyəsən, Fransa Respublikasının Prezidenti, dostum Emanuel Makronun da belə bir fikri var” – deyə Nikol Paşinyan bildirib.

Baş nazir ATƏT-in Minsk qrupunun həmsədrliyi, Dağlıq Qarabağ

Səfir Luyo səmimi qonaqpərvərliyə görə Baş nazirə təşəkkür edib. “Fransa Fransa səfiri üçün  növbəti bir ölkə deyil.Əlaqələrimizin uzunmüddətli xarakterini və fəallığını olduğu kimi, eləcə də cənab Baş nazir, Sizin şəxsi mnüasibətinizi bizim Prezidentlə nəzərə alaraq Fransanın Ermənistandakı səfiri olmaq mənim üçün çox ciddi məsuliyyətdir” – deyərək səfir Ann Luyo Baş nazirə  Emanuel Makronun səmimi salamlarını çatdırmışdır.

Səfir əmin edib ki, fəaliyyəti dövründə ölkələrimizin siyasi və iqtisadi əlaqələrinin yeni təkanla inkişafı üçün hər şeyi edəcək. Xanım Luyo əlavə edib ki, yaxın vaxtlarda Ermənistan hökuməti ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət və proqramların “yol xəritəsi”nin hazırlanması planlaşdırılır.

Baş nazir vurğulayıb ki, Ermənistan hökuməti Fransa şirkətlərini cəlb etməkdə, xüsusən də sonuncuların müxtəlif infrastruktur və proqramlarda iştirakında maraqlıdır.

Həmsöhbətlər Ermənistan-Avropa Birliyi münasibətləri ilə bağlı məsələləri, o cümlədən Ermənistan üçün 2,6 milyard avroluq proqram paketinin həyata keçirilməsi, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq və ölkəmizdə demokratik islahatların davamlı irəliləməsini müzakirə etdilər.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Cənubi Qafqaz regionuna gözlənilən səfərinin mühümlüy ilə bağlı fikir mübadiləsini edib.

Daha çox göstər
Back to top button