BaşlıcaSiyasət

ER Baş nazirinin müavini Syunikdə alternativ yolların tikintisi ilə tanış olub

ER Baş nazirinin müavini Suren Papikyan  bu gün işgüzar səfərlə Syunikdədir. O öz “Facebook” səhifəsində yazıb ki, Baş nazir administrasiyasının rəhbəri Arayik Harutyunyan və Syunik qubernatoru Melikset Poğosyan yol tikintisi işləri ilə tanış olmaq üçün Tatev-Ağvan yolunun hissəsinə gediblər.

“Strateji əhəmiyyət daşıyan yolun noyabrın sonuna kimi tam istifadəyə verilməsi nəzərdə tutulur. Syunikdə gələn ilin yazında hazır olacaq alternativ yolların tikintisi aktiv prosesdədir və nəticədə Syunik bölgəsində tamamilə yeni bir yol rabitə sisteminə sahib olacağıq”, – deyə Suren Papikyan yazıb.

Syunikdə Tatevdən Bardzravan, Şurnux, Çakaten və Vorotan kəndlərinə yeni, alternativ və təhlükəsiz yolların çəkilməsi də planlaşdırılır.

Daha çox göstər
Back to top button