Başlıcaİctimaiyyət

Dadivank monastırına zəvvarların buraxılması üçün rəsmi Bakıya təklif verildi

Erməni kilsəsinin yepiskopu Vrtanes Abrahamyan Dadivank monastırına zəvvarların buraxılması üçün rus sülhməramlıların vasitəçiliyi ilə rəsmi Bakıya təklif verdiklərini deyib.

“Dadivank monastırı ilə bağlı danışıqlar bərpa olunub. Azərbaycanlılara ermənilərin nəzarəti altında olan Martakert rayonundakı Ağdaban kəndində olan Aşıq Şəmşirin məzarını müntəzəm ziyarət etmək təklif olunur”, – deyə Vrtanes Abrahamyan söyləyib.

Abrahamyan qeyd edib ki, 2 maydan azərbaycanlılar zəvvarların ziyarətinə icazə vermirdi və yoxlamalar prosesini uzadırdı.

Abrahamyanın sözlərinə görə, indi Dadivankda altı ruhani var, onlar öz vəzifələrini yerinə yetirir, onlara sərbəst giriş imkanı var.

Yepiskop xatırladıb ki, Amarasa və Gandzasara ziyarətlər fasiləsiz davam edir, nəqliyyat həftədə üç dəfə işləyir, bu ərazilər tam olaraq ermənilərin nəzarəti altındadır.

Daha çox göstər
Back to top button