BaşlıcaSiyasət

RF XİN: “Moskva Ermənistana investisiya yatırmaq perspektivinə optimistlə baxır”

Moskva Ermənistan iqtisadiyyatına investisiya yatırmaq perspektivlərinə optimistlə baxır. Bu fikri “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bizim qtisadi əməkdaşlığımızın perspektivləri pis deyil. Biz bu perspektivlərə kifayət qədər optimistlə baxırıq və hesab edirik ki, Ermənistanda həqiqətən də rusiyalı investorlar, o cümlədən iri investorlar üçün cəlbedici olacaq bir sıra sahələr mövcuddur”- deyərək Rudenko bildirib.

Bundan əvvəl Rusiyanın İqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç Rusiyanın Ermənistana yatırdığı 2,2 milyard dollarlıq investisiyanın tezliklə daha 1 milyard dollar artacağını bildirmişdi. O, bu vəsaitlərin enerji, infrastruktur və nəqliyyat sahələrinə yönəldiləcəyini də açıqlamışdır..

Daha çox göstər
Back to top button