BaşlıcaSiyasət

Artilleriya bölmələrinin döyüş atışları ilə nümunəvi məşqləri

Oktyabrın 27-dən “N” saylı hərbi hissədə başlanmış üç günlük hərbi təlimlər çərçivəsində artilleriya bölmələrinin döyüş atışlı nümayişedici təlimləri keçirilib.

Təyin olunmuş əraziləri tutan artilleriya bölmələrinə şərti düşmənin koordinatlarının tapılması, atəş nöqtələrinin və əhəmiyyətli obyektlərin, komanda məntəqələrinin, hərbi texnikanın və canlı qüvvənin məhv edilməsi üzrə döyüş tapşırığı verilmişdir.

Hərbi qulluqçular qarşıya qoyulmuş tapşırıqları çevik və dəqiq hərəkətlərlə yerinə yetirmiş, yüksək peşəkarlıq qabiliyyəti nümayiş etdirmişlər.

Daha çox göstər
Back to top button