BaşlıcaİdmanSiyasət

Hayk Mamicanyan: “Ermənistan Dağlıq Qarabağ məsələsinin 6-cı platformada müzakirə olunmasına imkan verməməlidir”

Altı platformada, Dağlıq Qarabağ münaqişəsindən başqa hər şeyi müzakirə etmək olar.  Bu haqda  “Pativ unem” fraksiyasının katibi Hayk Mamicanyan Türkiyə prezidentinin Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla müzakirəsi zamanı altı nəfərdən ibarət platformanın formalaşdırılması məsələsini müzakirə etməsi barədə bəyanatına istinadən açıqlamasında deyib.

Bu altı ölkə Ermənistan, Rusiya, Gürcüstan, İran, Türkiyə və Azərbaycandır.

“Ermənistan və Azərbaycanın bir masa arxasında necə oturub Qarabağ münaqişəsi daxil olmayan bəzi məsələləri müzakirə etməyə başlayacağını təsəvvür etməkdə çətinlik çəkirəm.

Mən o platformaya skeptisizmlə yanaşmaq istəmirəm, amma Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr həmin platformaya keçirilərsə böyük bir boşluq açıla bilər”   – deyə Hayk Mamicanyan bildirib.

Deputat 6 platformanın, başqa sözlə, 3+3 formatının yaradılmasından danışmağı tez hesab etsə də,o,qeyd edir ki,  Ermənistanın həmin platformada Dağlıq Qarabağ məsələsinin müzakirəsinə imkan verməməli olduğunu vurğulayır.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu var. Azərbaycan illərdir ki, o mandatı başqa strukturlara verməyə çalışıb.

 Ermənistan buna imkan verməməlidir. 6-cı platformanın yaradılmasına gəlincə, Ermənistan regional proserslərindən  kənarda qala bilməz. Odur ki, mən 3+3 formatının rədd edilməli olduğunu elan etmərəm”-  deyərək Hayk Mamicanyan bildirib.

Qeyd edək ki, Ermənistan hökuməti Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın açıqlamasına münasibət bildirməyib. Ermənistan və Azərbaycan rəhbərləri arasında müzakirənin hansı formatda getdiyi məlum deyil.

Daha çox göstər
Back to top button