BaşlıcaSiyasət

Putin: “Ermənistanla Azərbaycan arasında məsələlərin həllində RF diplomatiyasının rolu artır”

RF Prezidenti Ermənistan-Azərbaycan sərhədində qeydə alınan insidentlərə toxunub.

Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalar göstərdi ki, regionda vəziyyət hələ də sakitləşməyib. Oxşar  vəziyyətlərdə  Rusiya diplomatiyasının gələcək nizamlanmada rolu artır. Bu haqda  bu gün RF Prezidenti Vladimir Putin bəyan edib.

O, xatırladıb ki, bir il əvvəl Rusiyanın fəal vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda müharibə dayandırılıb.

“Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalar göstərdi ki, bu bölgədə vəziyyət hələ də sakitləşməyib: Atəşkəs rejiminin və mülki əhalinin təhlükəsizliyinin təminatçısı kimi Rusiya sülhməramlılarının səyləri  sabitliyin təmin edilməsində   mühüm rol oynayır”- deyə  Putin RF XİN-nin  kolleqiya iclasında qeyd edib.

Xatırladaq ki, noyabrın 16-da saat 13:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan Respublikasının şərq sərhədi istiqamətində növbəti təxribata başlayıb, Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Bundan sonra yerli döyüşlər başladı.

Daha çox göstər
Back to top button