BaşlıcaSiyasət

“Hayastani Hanrapetutyun”: “Əliyev Erdoğana: “Mənim qardaşım dünyaya göstərdi ki, Azərbaycan tək deyil və Türkiyə bizi hər zaman qoruyacaqdır”

Türkiyənin bilavasitə rəhbərliyi altında və türkdilli dövlətlərin iştirakı ilə baş verən hadisələr göstərir ki, türklər öz pantürkist siyasətini həyata keçirmək imkanlarına inanmaqda davam edirlər.

Biz “qurbanlıq” xalqlar və dövlətlər türklərin arzularına məhəl qoymamaqda davam edərkən, onlar öz xəttini sıxışdıraraq, bu yolda türkdilli xalqları ruhlandırmağa, guya onların yanında olmaqla, güclü müttəfiq statusu əldə etməyə, yenilməz, daha doğrusu, yeganə himayədar imicini yaratmağa cəhd edirlər.

Və bu ona hələlik nail olur. Türkdilli dövlətlərin əməkdaşlıq şurasının noyabrın 12-də İstanbulda keçirilən və bundan sonra Türk dövlətləri təşkilatı adlandırılacaq zirvə toplantısı buna əyani sübutdur.

Bir fakt üzərinə diqqəti cəlb edirik.Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan sammitdə türk dünyasının ali ordeniylə Azərbaycan prezidenti İlham Əliyevi  təltif etdi.

“Hörmətli cənab prezident, mənim əziz qardaşım, qələbə çalan Ali baş komandan İlham Əliyev. Sizin rəhbərliyinizlə Qarabağın 30 illik işğalına qısa zamanda, cəmi 44 günəson qoydu.

Bu qələbə təkcə Azərbaycan üçün vacib deyil, həm də  azərbaycanlı qardaşlarımızla yanaşı, bütün türk dünyası üçün vacibdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası türk dünyasının birliyini və həmrəyliyini gücləndirdi” – deyərək  Erdoğan  bəyan edib.

Göründüyü kimi, Türkiyə prezidenti sadiqlik müqabilində başqa ölkələrə necə davranacağını göstərmək üçün sözünü əsirgəmir. Eyni zamanda, aydındır ki, hərbi uğur ilk növbədə mükafata layiqdir.

Və bu da 2040-cı ilə qədər bəyannamə qəbul edən bir təşkilatda ortaq türk kimliyindən danışır, amma əsl məqsədini gizlətmək üçün onu “mədəniyyət sərvət mənbəyi” adlandırır.

Erdoğanın çıxışına cavab olaraq süni yaranan dövlətin başçısı Əliyev bəyan edib: “Türkiyə son onilliklərdə əzəmətli yol keçib, dünya gücünə çevrilib. Türkiyənin əzəmətliyi bütün dünyada tanınır.

Söhbət iqtisadi, siyasi və hərbi komponentlərdən gedir. Dünyada elə bir ölkə yoxdur ki, onun əhəmiyyətini dərk etməsin. Erdoğanın dövründə Türkiyənin keçdiyi inkişaf yolu hər kəsə nümunə olacaq.

Türk dünyasının ürəyinin Türkiyədə döyündüyünü anlayırıq. Bu, hamımıza əlavə güc və inam verir… Mənim qardaşım dünyaya göstərdi ki, Azərbaycan tək deyil və Türkiyə bizi hər zaman qoruyacaq”.

Biz bu dialoqdan sitat gətirdik ki, bu təşkilat əslində gələcək fəaliyyəti ərzndə hara gedəcək. Türkiyə prezidenti Azərbaycanda türk hərbi bazasının yaradılmasını istisna etməyib. Türkiyə parlamentinin sədri “ortaq türk ordusu”nun yaradılması məsələsini müzakirə edir.

Azərbaycan prezidentinin köməkçisi təşkilat ölkələrinin bütün sahələrdə, “ilk növbədə” siyasi əməkdaşlığını qeyd edir və baş katib hesab edir ki, təşkilat “ilk növbədə” Azərbaycanın İkinci Qarabağ müharibəsində   qələbəsi sayəsində güclənib.

.

Bu müharibə Ankara ilə Bakı arasında müttəfiqliyi gücləndirməklə yanaşı, digər türk dövlətlərində də Türkiyənin nüfuzunu yüksəltdi. Bununla belə, Türkiyənin dövlət Anadolu xəbər agentliyinin dərc etdiyi məqalənin müəllifinin fikrincə, “Sirr deyil ki, Macarıstan və Türkiyə istisna olmaqla, bir sıra üzv dövlətlərin hərbi əməliyyatlar zamanı tutduğu mövqe müzakirə mövzusu olub”

Daha sonra Əliyev mümkün və qondarma “Zəngəzur dəhlizi” barədə yenidən danışıb: “Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bizimlə Avropa arasında bir bağ olacaq”- deyə  qonşu ölkənin diktatoru qeyd edib.

 Bununla belə, sammitin gündəliyindən “Türk dünyası” ilə Avropa arasında “Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi” layihəsinin müzakirəsi gündəlikdən  çıxarılıb. Görünən odur ki, səbəb “Zəngəzur dəhlizi”nin   uğursuzludur.

Daha çox göstər
Back to top button