BaşlıcaBeynəlxalq

AİHM bloklanmış saytlarla bağlı Azərbaycandan açıqlama tələb edir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan beş şikayət üzrə kommunikasiyaya başlayıb. Onlardan 4-ü Azərbaycan ərazisində bloklanmış saytlarla bağlıdır. Bu barədə Turan-a hüquq sahəsində ekspert Xalid Ağəliyev bildirib.

Onun sözlərinə görə, sözügedən işlər üzrə ərizəçilər “Azadlıq” radiosu” (azadliq.org), anaxeber.az, 24saat.org və xural.com saytlarıdır.

Rabitə Nazirliyinin təqdimatı əsasında məhkəmələrin qərarları ilə Azərbaycanda bu resurslara giriş məhdudlaşdırılıb. Bu qərarlar milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş və iğtişaşların qarşısının alınması mülahizələrilə əsaslandırılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə müvafiq sorğular göndərib. Həmçinin Strasburq məhkəməsi saytların bloklanmasında siyasi motivlərin olub – olmaması barədə açıqlama istəyib.

Xatırladaq ki, sözügedən saytlar 2017-ci ilin yazında bloklanıb.

Daha çox göstər
Back to top button