Bu gün, noyabrın 25-də Artsax qəhrəmanı, Ermənistanın Milli qəhrəmanı Monte Çarlzi Melkonyanın (Avo) 64 yaşı tamam olur.
Monte 1957-ci ildə Erməni Soyqırımından qurtulan və ABŞ-ın Kaliforniya ştatının Veyseyl qəsəbəsində məskunlaşan erməni ailəsində anadan olub.
O, bütün şüurlu həyatı boyu ermənilərin hüquqları, Erməni Soyqırımının tanınması, vətənimizin geri alınması uğrunda mübarizə aparıb. 22 yaşında o, ingilis, fransız, ispan, italyan, türk, fars, yapon və kürd dillərini mükəmməl mənimsəmişdir.
1980-ci ildə Ermənistanın azadlığı uğrunda erməni gizli ordusuna qoşularaq, tezliklə onun liderlərindən birinə çevrilib. 1981-ci il noyabrın 11-də Monte Fransanın Orli hava limanında saxta pasport və tapança gəzdirməkdə ittiham edilərək həbs edilib.
O, əvvəlcə 4 aylıq həbs cəzası alıb, daha sonra məhkəmə onun Fransadan deportasiya edilməsinə qərar verib.
1991-ci ildə o, artıq Ermənistan Respublikasına gəlib ki, orada artıq erməni- azərbaycan silahlı münaqişələrinin başladığı bir məqam idi.
Həmin ilin sentyabrında o, Artsax Respublikasına gedib və orada onu Avo ləqəbiylə adlandırıblar.
Hərbi nöqteyi-nəzərdən yüksək peşəkarlıq bacarığına görə 1992-ci ildə Martuni müdafiə bölgəsinin Baş qərargah rəisi vəzifəsini tutmuşdur. Burada o, qısa müddətdə öz səmimiyyəti və saflığı ilə təkcə yerli əhalinin deyil, ümumilikdə bütün ermənilərin sevgi və hörmətini qazanıbdır.
Onun rəhbərliyi altında Martuni Artsaxın ən müdafiə olunan və ən mübariz bölgəsinə çevrildi. 1993-cü ilin mart-aprel aylarında onun rəhbərliyi altında Karvaçar azad edilibdir.
Monte 1993-cü il iyunun 12-də yoldaşları ilə birlikdə kəşfiyyat məqsədilə Ağdam rayonunun Mərzili kəndinin kənarına gedərkən Azərbaycanın zirehli texnikası tərəfindən vurulmuşdur.