BaşlıcaSiyasət

Erməni sülhməramlılarının xidməti yüksək qiymətləndirilib

ER Müdafiə Nazirliyinin sülhməramlı briqadasının komandiri, general-mayor Artak Tonoyan Kosovo Respublikasında işgüzar səfərdə olub.

ER Müdafiə Nazirliyi məlumat yayıb ki, səfər çərçivəsində general-mayor Artak Tonoyan Ermənistanın sülhməramlı missiyasını yerinə yetirən hərbi qrupunun hərbçiləri ilə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub və göstərişlər verib.

KFOR Komandanlığı Müdafiə Nazirliyinin sülhməramlı briqadasının komandirinə erməni kontingentinin mükəmməl xidmətinə və göstərdiyi fədakarlığa görə təşəkkür edib.

Tərəflər birgə fəaliyyəti yüksək qiymətləndiriblər.

Daha çox göstər
Back to top button