BaşlıcaEkonomikaSiyasət

Ermənistan İranla Aİİ arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər: Iranın səfiri

Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü, Birlik bazarının üzvü kimi İranla Aİİ arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər. İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zoxuri noyabrın 24-də Yerevanda ilk “Avrasiya-21” beynəlxalq ticarət və sənaye sərgisinin açılışı münasibətilə çıxışında qeyd edib.

Onun sözlərinə görə, Ermənistan bu baxımdan böyük potensiala malikdir: “İran öz potensialını və imkanlarını nəzərə alaraq, malların ixracının sərbəstiliyi üçün qanunvericilik dəyişikliklərinin həyata keçirilməsi istiqamətində addımlar atır. Aİİ-yə üzv dövlətlər də əməkdaşlıq səviyyəsinin yüksəldilməsindən faydalana bilər”, – səfir bildirib.

Daha çox göstər
Back to top button