BaşlıcaSiyasət

HHM təlimləri keçirilib

Noyabrın 22-dən 24-dək Silahlı qüvvələrin Hava  hücumundan müdafiənin  N saylı hərbi hissəsində “Müdafiə əməliyyatında radiolokasiya bölməsinin taktiki əməliyyatları” mövzusunda peşəkar təlimlər keçirilib.

Hərbi hissənin hava hücumundan müdafiə vasitələri təyin olunmuş ərazilərə çıxarılıb, səhra idarəetmə məntəqələri azad edilib, silah-sursat və hərbi texnika döyüş vəziyyətinə gətirilib, bölmələr arasında əməkdaşlığın səviyyəsi və komandirlərin peşəkarlıq vərdişləri yoxlanılıb.

Qarşıya qoyulan tapşırıqlara uyğun olaraq hərbi qulluqçular yüksək peşəkarlıq bilik və hazırlıq nümayiş etdirərək, funksional vəzifələrini yerinə yetiriblər.

Daha çox göstər
Back to top button