Başlıcaİctimaiyyət

Almaniyadan 43 Azərbaycan vətəndaşı deportasiya edilib

2021-ci il noyabrın 25-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 43 nəfər Azərbaycan vətəndaşı Almaniya Federativ Respublikasından deportasiya edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin noyabrın 26-da yaydığı məlumatda deyilir.

Məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Daha çox göstər
Back to top button