BaşlıcaSiyasət

Paşinyan Putin və Əliyevlə görüşündə: “Azərbaycan qoşunları ER suveren ərazisini işğal edib”

Rusiyanın Soçi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin  üçtərəfli görüşü keçirilir.

Baş nazir Nikol Paşinyan çıxışında xüsusilə qeyd edib.

“Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə icazə verin, bu görüşü təşkil etdiyiniz üçün Sizə təşəkkür edim. Amma bugünkü gündəliyə keçməzdən əvvəl icazə verin, Kuzbassdakı partlayış, çoxsaylı insanın həlak olması ilə bağlı, öz adımdanvə  erməni xalqı adından başsağlığı verim. Həlak olanların bütün ailə və yaxınlarına  səbr diləyir və dəstəyimi bildirirəm.

Ötən ildəki müharibənin dayandırılmasında sizin Rusiya Federasiyasının şəxsi rolunuz göz qabağındadır. Noyabrın 9-dan sonra Rusiya sülhməramlıları Dağlıq Qarabağa, Laçın dəhlizi boyunca yerləşdirildi. Aydındır ki, Rusiya sülhməramlıları, Rusiya Federasiyası Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşdirilməsində əsas rol oynayır, lakin qeyd etmək istəyirəm ki, təəssüf ki, vəziyyət bizim istədiyimiz qədər sabit deyil.

Ötən il noyabrın 9-dan bəri hər iki tərəfdən onlarla insan həlak olub. Hadisələr Dağlıq Qarabağda baş verir. Bu il mayın 12-dən sonra bizdə faktiki olaraq Ermənistan-Azərbaycan sərhədində böhranlı vəziyyət yaranıb. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisini işğal edib. Əlbətdə ki, Ermənistan və  Azərbaycan arasında sərhəd delimitasiya demarkrasiya olunmayıb, lakin dövlət sərhədi var, və bu Ermənistan Respublikasının suveren ərazisidir.

Azərbaycan prezidentinin kommunikasiyaların blokdan çıxarılması istisna olmaqla, bütün məqamların artıq icra olunduğunu söyləməsi ilə razılaşmıram.

Bilirsiniz, biz bunu sizinlə dəfələrlə müzakirə etmişik, doğrudan da, telefonla da, hərbi əsirlərin, girovların və digər saxlanılanların da məsələsi var.

Bu, çox mühüm humanitar məsələdir, demək istəyirəm ki, biz bu gün təkcə məsələləri qaldırmaq üçün deyil, həm də mövcud məsələləri danışmaq, müzakirə etmək üçün toplaşmışıq.

Mən həmçinin dəfələrlə bəyan etmişəm ki, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır.

Bütün nəqliyyat və iqtisadi infrastrukturların blokdan çıxarılması məsələsi də bizim üçün çox vacibdir, biz bu məsələlərin həllində səmimi şəkildə maraqlıyıq.

 Ümid edirəm ki, bu gün biz bu müzakirələri, bütün məsələləri müzakirə edəcəyik və  Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini qeyd etdiniz. Elə indicə Azərbaycan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını xatırlatdı, təbii ki, biz də bununla maraqlanırıq.

Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır, lakin hesab edirəm ki, bir çox məsələləri üçtərəfli formatda, ikitərəfli formatda müzakirə etmək, həll etmək olar.

Mən deməliyəm ki, artıq Ermənistan  və Azərbaycan rəsmiləri arasında birbaşa təmaslar cizgilənir və hesab edirəm ki, bu, o qədər də yaxşı olmayan pozitiv nüanslar fonunda vurğulanmalıdır.

Bu müsbət nüansları da vurğulamaq lazımdır. Ən əsası isə bir daha  təkrarlamaq istəyirəm ki, bugünkü görüşün əsas məqsədi təkcə hansısa problemlərin olub-olmaması məsələsini gündəmə gətirmək deyil, başlıcası odur ki, bu gün biz konkret və ya  regionda  Cənubi Qafqazda  qəyyumluq üçün  konkret qərarlar qəbul edək. Çünki  mümkün sülh, sabitlik və  xalqın təhlükəsizliyi bizim məsuliyyətimizdir”.

Daha çox göstər
Back to top button