BaşlıcaSiyasət

Zaxarova: “Blok açıldığı halda daşımalar Ermənistan və Azərbaycan qanunvericiliyinə uyğun olaraq beynəlxalq müqavilələr əsasında həyata keçiriləcək”

Cənubi Qafqazda mümkün açılan marşrutlar üzrə beynəlxalq daşımalar beynəlxalq müqavilələrə, Ermənistan və Azərbaycanın milli qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.

Verilən məlumata görə, bu haqda  RF Xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında, Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələri həyata keçirilərsə, yollarda gömrük nəzarətinin həyata keçirilib-keçirilməyəcəyi sualına cavab verərkən  qeyd edib.

Bu mühüm məsələlərlə üç ölkələrin Baş nazir müavinlərinin həmsədrliyi ilə  üçtərəfli işçi qrupu məşğul olur.

Biz 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də əldə olunmuş yüksək səviyyəli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıyıq.

Həmin məsələlərin bütün kompleksi  RF Baş nazir  müavini Aleksey Overçuk ilə  Yerevan və Bakıya etdiyi  səfəri ərzində müzakirə olunub.

.Biz kommunikasiyaların blokunun açılması üçün, əlbəttə ki, bütün tərəflərin maraqlarının balansını nəzərə alaraq yaxşı perspektivlər görürük :

 “Biz güman edirik ki, yenidən açılan marşrutlar üzrə beynəlxalq daşımalar beynəlxalq müqavilələr, Ermənistan və Azərbaycanın milli qanunvericiliyi əsasında həyata keçiriləcək” – deyərək Zaxarova bildirib.

Daha çox göstər
Back to top button