ArtsaxBaşlıca

Artsaxın Xİ naziri Soçidə imzalanmış bəyanatla bağlı: “Yeni sənəddən nə gözlənilir?”

Paşinyan-Putin-Əliyev yeni  bəyanatında  əsas vurğu sülh, sabitliyin qorunmasını əks edir.

Bu haqda Artsaxın Xarici işlər naziri Davit Babayan “Radiolur”a Soçidə imzalanmış üçtərəfli sənəddən danışarkən deyib.

“Bu gün ən vacib məsələ əsirlərin qaytarılması məsələsidir”- deyə Artsaxın Xarici işlər naziri bildirib.

Babayanın müşahidələrinin əsas məqamları aşağıdakıdır:

“Azərbaycan, xüsusən də son vaxtlar davamlı olaraq atəşkəs rejimini pozur, daim sabitliyi pozmağa çalışır. Bu, sülhməramlı kimi digər ölkələri, o cümlədən ATƏT Minsk qrupunun həmsədr ölkələrini , xüsusən də Rusiyanı  necə sülhməramlı  missiya həyata keçirən ölkə olaraq  narahat etməyə bilməz.

Azərbaycanın qaçqınla əsirlər  məsələsində konstruktiv mövqeyi yoxdur. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etsə yaxşı olardı.

Bizim gözləntimiz budur ki, belə görüşlər irəliləyiş əldə edəcək. Baxmayaraq ki, biz Azərbaycanı tanımaqla bunun çox çətin olacağını başa düşürük.

Sülhməramlı missiyanın yerləşdirilməsi uzadıla bilər. Rusiya əsirlərin qaytarılmasında böyük iş görür, təkcə bu deyil. Sülhməramlı missiyanın mandatına ilk növbədə Azərbaycanın özü hörmət etməlidir. Baxmayaraq ki, rəsmi Bakı öz  dezkonstruktiv addımları ilə sülhməramlı missiyaya zərbə vurmağa çalışır.

 Amma aydındır ki, sülhməramlı missiya Artsaxda qalmasını yekun nizamlanmaya qədər uzatmalıdır. Ancaq birmənalı olaraq bu nizamlanmanın 3,4,5 ilə reallaşması mümkün deyil.

Və yekun həll Artsaxın statusu məsələsidir. O status olmadan məsələni həll etmək mümkün deyil. Delimitasiya və demarkasiyaya gəlincə, bu, uzun prosesdir.

Biz işğaldan  deokupasiya məsələsindən imtina etməyəcəyik.Biz  hesab edirik ki, Azərbaycan bizdən əraziləri işğal edib. Biz bu əraziləri özümüzün ayrılmaz hissəsi hesab edirik.

Bizim üçün bir şey aydındır. Artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Bu, bizim üçün qəbuledilməz olub, qəbuledilməz də olacaq

Biz Azərbaycanla  ən çox qonşu ola bilərik. Biz heç vaxt Azərbaycanın  tərkibində ola bilmərik və bu, yalnız bizdən asılıdır. Bunun bizdən asılı olmadığını düşünməməliyik.

Belə bir yanlış fikir var. Bir şey çox sadədir. Əgər biz Azərbaycanın bir hissəsi olmaq istəmiriksə, o zaman bizim haqqımıza hörmət etməlidirlər, çünki başqa variant ya müharibədir, ya da ermənilərin Artsaxdan tərk etməsidir.

Düşünmürəm ki, Artsaxın qalması üçün heç bir geosiyasi maraq yoxdur. Ən güclü dövlətlərdən də o maraq var. Eyni zamanda, ən güclü dövlət sənin  yanınızdadırsa, ancaq sənin cəmiyyətin heç bir milli dəyərlərə hörmət etməyərsə, mənəviyyatsızdırsa   həmin cəmiyyəti  heç kim qoruyub saxlaya bilməyəcək. Deməli, hər şey bizdən asılıdır” – deyərək Artsaxın Xİ naziri  Babayan vurğulayıb.

Daha çox göstər
Back to top button