Başlıcaİctimaiyyət

Hərbisizləşdirilmiş təhlükəsizlik zonası yaradılmalıdır: Ombudsman

Azərbaycan hakimiyyəti yolların açılması adı altında Ermənistanın mülki yaşayış məntəqələrini təcrid etmək və humanitar problemlər yaratmaq kimi məqsədyönlü siyasət həyata keçirir. Bu barədə Syunikdə işgüzar səfərdə olan ER Ombudsmanı Arman Tatoyan Facebook-da yazıb.

Ombudsman qeyd edib ki, Kapanın Şikahoğ kəndində Azərbaycan qanuni əsasları olmayan sərhəd və gömrük nəzarəti səbəbindən insanlar Çakatən-Kapan yolunda bir çox şəxsi problemlərlə üzləşirlər.

ER Silahlı Qüvvələri və MTX Sərhəd Qoşunları, yerli hakimiyyət orqanları insanlara kömək etməyə çalışırlar. Bunu sakinlər də qeyd ediblər.

Amma burada məsələ başqadır. Yerli hakimiyyət insanları nə qədər dəstəkləsə də, Azərbaycan hakimiyyətinin və onların silahlı qüvvələrinin qanunsuz hərəkətləri nəticəsində hüquqların kütləvi şəkildə pozulması məsələsi obyektiv şəkildə həll olunmur.

Ona görə də həll yolu aydındır: Azərbaycanın silahlı və ya digər hərbçiləri bizim kəndlərin yaxınlığında və ya kəndlərarası yollarda olmamalıdır, hərbisizləşdirilmiş təhlükəsizlik zonası yaradılmalıdır. Bu, Ermənistan xalqının hüquqlarını bərpa etməyin yoludur.

Daha çox göstər
Back to top button