İctimaiyyət

Azərbaycanda insan hüquqları sahəsində durum olduqca ağırdır

Noyabr ayında Azərbaycanda insan hüquqları sahəsində mövcud olan durum olduqca ağır olub.

Ermənistanın İctimai Radiosu “Turan” informasiya agentliyinə istinadən bidirdi ki, bu barədə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının aylıq hesabatında deyilir.

Qeyd olunub ki, əvvəlki dövrlərdə olduğu kimi, noyabr ayında da Azərbaycan hökuməti hüquqi dövlətin ayrılmaz tərkib hissəsi olan qanunun aliliyi və hüququn üstünlüyünə maraq göstərməyib.

“Cəmiyyətin siyasi həyatında vətəndaş iştirakı hökumətin narahatçılığını doğurub, xüsusilə, siyasi azadlıqlara hörmət edilməyib, sərbəst toplaşmaq üçün real zəmin yoxdur, söz və fikir, vicdan, mətbuat və məlumat azadlıqları təzyiq, təhdid, repressiv tədbirlərlə müşaiyət edilir.

Qanunsuz cəzalandırmalar, siyasi ağırlıqlı inzibati ya da cinayət təqibləri, hüquq-mühafizə orqanlarında, xüsusilə, polis idarə və bölmələrində, müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış halları adiləşib”, deyə hesabatda qeyd edilir.

Təşkilat bildirdi ki, sərbəst toplaşmaq, vicdan, söz və fikir azadlıqlarına hökumət orqanlarının subyektiv əngəl və müdaxilələri aradan qaldırılmalıdır.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button