BaşlıcaSiyasət

Azərbaycanda məhkəmə sistemi problemlidir: Ekspert

Avropa İnsan Hüquqları Məhkəməsi 2017-ci ildən Azərbaycan ərazisində bloklanmış saytların şikayəti üzrə kommunikasiyaya başlayıb. Sözügedən işlər üzrə ərizəçilər “Azadlıq” radiosu” (azadliq.org), anaxeber.az, 24saat.org və xural.com saytlarıdır. 2017-ci ildə Rabitə Nazirliyinin təqdimatı əsasında məhkəmələrin qərarları ilə Azərbaycanda bu resurslara giriş məhdudlaşdırılıb. Bu qərarlar milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş və iğtişaşların qarşısının alınması mülahizələrilə əsaslandırılıb. Ərizəçilər Avropa İnsan Hüquqları Məhkəməsindən onların hüquqlarının Avropa İnsan və Azadlıqları Konvensiyasının 10-cu (ifadə azadlığı), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) və digər maddələrlə pozulmasının tanınmasını xahiş edirlər. 

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə müvafiq sorğular göndərib. Həmçinin Strasburq məhkəməsi saytların bloklanmasında siyasi motivlərin olub – olmaması barədə açıqlama istəyib.

Media məsələləri üzrə ekspert, hüquqşünas Xalid Ağəliyev ASTNA-nın suallarına cavab verərək bloklanmış saytların şikayəti, Avropa Məhkəməsinə göndərilən digər şikayətlər və Azərbaycandakı məhkəmə sisteminin durumuna toxunub. O, xüsusilə qeyd edib ki, Azərbaycanda məhkəmə sistemi problemlidir. “Bunu uyğun beynəlxalq qurumların sənədlərindən, hesabatlarından, Avropa Məhkəməsinin qərarlarından aydın görmək olar. Başlıca problem məhkəmələrin müstəqilliyi ilə bağlıdır. Məhkəmələr bir çox hallarda siyasətçilərin öz rəqiblərini sıxma-boğmaya salmaları üçün vasitə rolunu oynayır, ortaya ədalətsiz qərarlar, siyasi məhbus kimi problemlər çıxır”, – deyə o qeyd edib.

Daha çox göstər
Back to top button